“İrana qarşı cəsarətli, sərt addımlar atılmalıdır. Vaxtında cavab verilməsə, Tehran cəsarətlənə bilər”.
Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli İranın Naxçıvana dron hücumu şərh edərkən deyib:
Politoloq bildirib ki, İran illərdir Azərbaycanı özünə düşmən hesab edir:
“Bu ölkədə şimalda Azərbaycan dövlətinin mövcudluğunu hər zaman özünə təhdid sayıb. Rəsmi Bakının atdığı və atacağı heç bir addım Tehran nəzdində müsbət qarşılanmır. Təəssüf ki, bu ölkəni idarə edən zehniyyət dəyişmədiyi müddətcə bənzər insidentlərə hazır olmalıyıq.

Qabil Hüseynli
Naxçıvana edilən dron hucmu təsadüfi deyil. Dronların düşdüyü ərazilərdə insan təlafatı çox olmayıb. Deməli, məqsəd xəbərdarlıqdır. Lakin nə olursa olsun, İrana qarşı səbirli davrana bilmərik. Diplomatik hücumlar başlamalı, ən sərt şəkildə xəbərdarlıq etməliyik. Eyni zamanda nə qədər ciddi olduğumuzu hərbi aktivliyimizlə də göstərməliyik.
Bu hücum molla rejiminin region üçün nə qədər təhlükəli və nəzarətsiz olduğunu bir daha sübut edir. Rejim belə addımları ilə özünü təkləmiş olur və sonunu gətirir”.
Turan Rzayev
Globalinfo.az