Bakıda yol “tutuldu”, icra hərəkətə keçdi – VİDEO

Bakı şəhəri, Səbail rayonu, Şahlar Allahverdiyev küçəsində yolun bir hissəsinə tullantılar atılıb. Şikayətçilərin Globalinfo.az-a verdiyi məlumata görə, orada tikinti işləri aparılması planlaşdırılır. Sakinlər tullantıların nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdığını deyiblər.

Səbail Rayon İcra Hakimiyyətindən Globalinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin əraziyə baxış keçirilib:

“Tərəfimizdən Səbail rayonu, Şahlar Allahverdiyev küçəsinə baxış keçirildi. Qısa müddət ərzində sözügedən ünvanda iməclik işlərinin görülməsi nəzərdə tutulub”.

Zaira Akifqızı
Globalinfo.az