yangin 0

Bakının Binəqədi rayonunda yanğın başlayıb.

Bu barədə Globalinfo.az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

Xəbər yenilənir…

***09:15

Bakıda “Motodrom” adlanan ərazidə yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Nazirlikdən bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, “Motodrom” adlanan sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

“Motodrom” adlanan ərazidə açıq sahədə baş vermiş yanğın söndürülüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Binəqədi rayonu, Motodrom adlanan ərazidə açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

WhatsApp Image 2025 05 27 at 09.27.31

Paylaş: