Bakıda vəkil ürəktutmasından vəfat etdi

Bu gün Bakı şəhərindəki 9 saylı Vəkil Bürosunun əməkdaşı Teymur Salman oğlu Qasımov vəfat edib.

Globalinfo.az modern.az-a istinadən bildirir ki, bu barədə mərhumun iş yoldaşları bildiriblər. Onun qəfil ürəktutmasından dünyasını dəyişdiyi deyilir.

Ali təhsilini 2007-ci ildə Ankarada almış Teymur Qasımov bir neçə il idi ki, vəkil kimi fəaliyyət göstərirdi.

Allah rəhmət eləsin.