Bu dəqiqələrdə Bakıda və Abşeron yarımadasında şiddətli yağış başlayıb.
Globalinfo.az xəbər verir ki, əvvəlcədən də proqnozlaşdırıldığı kimi ölkəmizə soyuq hava kütləsi daxil olub.
Bunun nəticəsi olaraq hava soyuyub və yağmurlu hava hökm sürür.
Xatırladaq ki, Bakıda intensiv yağışlar xeyli çətinlik yaradır. Yolların bağlanması, zirzəmilərin dolması və s. Bu kimi fəsadlar ortaya çıxır.
Yağışın səhər qədər davam edəcəyi gözlənilir.
Xatırladaq ki, bölgələrdə də bir neçə gündür yağışlı hava hökm sürür və havalar soyuyub.