Bakıda yanğın: ölənlərin sayı artdı – VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış nəticəsində dağıntılar altında qalan daha bir nəfərin cəsədi tapılıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, axtarış-xilasetmə əməliyyatı nəticəsində tapılan meyit aidiyyəti üzrə təhvil verilib.

Bununla da ölənlərin sayı 9 nəfərə çatıb.

***14:55

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından daha bir nəfərin cəsədi tapılıb.

Globalinfo.az xəbər verir bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 8 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bakıda sexdə yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb - VİDEO Bakıda sexdə yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb - VİDEO Bakıda sexdə yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb - VİDEO Bakıda sexdə yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb - VİDEO Bakıda sexdə yanğın nəticəsində ölənlərin sayı 8-ə çatıb - VİDEO