Bakıda sərnişin avtobusda öldü

Bakının Suraxanı rayonunda avtobusda ölüm hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində hərəkətdə olan 161 saylı xətt üzrə hərəkət edən avtobusda qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Ziyafət Məcidov ürəktutmasından dünyasını dəyişib. Əraziyə təcili yardım briqadası çağırılsa da gec olub.

Onun ölüm səbəbi araşdırılır.