Bakıda “Prius” zəncirvari qəzaya səbəb oldu – Anbaan video

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Hadisə Binəqədi rayonu, 8-ci mikrorayonda qeydə alınıb.

Belə ki, geriyə dönmə manevri etmək istəyən “Prius” markalı avtomobilin sürücüsü hərəkətdə olan “Mercedes” markalı maşına çırpılıb.

İdarəetməni itirən “Mercedes”in sürücüsü maşını yol kənarında dayanan “Nissan” markalı avtomobilə çırpıb.

Həmin görüntüləri təqdim edirik: