Bakıda özünü körpüdən atmaq istədi – FOTO / VİDEO

Bakının Nizami rayonu, “Koroğlu” metrostansiyasının yaxınlığında yerləşən körpünün üzərinə çıxaraq intihara cəhd edən şəxslə bağlı açıqlama verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, bu gün axşam saatlarında intihara cəhd hadisəsi olub.

Bunu görən vətəndaşlar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat veriblər.

Əraziyə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Xilasedicilər tərəfindən əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1992-ci il təvəllüdlü Ələsgərli Tamerlan Rövşən oğlu körpünün üzərinə çıxaraq  intihara cəhd edir.

Yaranmış mürəkkəb vəziyyət xilasedicilər tərəfindən operativ təhlil edilərək intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə xüsusi xilasetmə vasitələri, o cümlədən xilasetmə yastığı quraşdırılaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin psixoloji söhbəti nəticəsində vətəndaş intihar etmək niyyətindən çəkinib və o, avtonərdivan vasitəsilə körpüdən endirilib.

***

Bakıda intihara cəhdin qarşısı alınıb.

Metronun “Koroğlu” stansiyasının yaxınlığında körpüyə çıxaraq intihara cəhd edən şəxs fikrindən daşındırılıb.

İntihara cəhd edən şəxs körpüdən düşürülüb.

***

Bakıda “Koroğlu” metrostansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq intihara cəhd edir.

Globalinfo.az xəbər verir ki, hələlik kimliyi müəyyən edilməyən şəxs özünü körpüdən atmaq istəyir.

Əraziyə polis və FHN əməkdaşları cəlb olunub.