7uQim2NawbsLNL3gDczvxcxrsKejuMqGyK1yCCi2 1200 4

Binəqədi rayonu Sulutəpə qəsəbəsində kütləvi dava olub.

Globalinfo.az  xəbər verir ki, yağışlı havada bir neçə şəxs əlbəyaxa dava edib.

“Burda davadır, öldürürlər bir-birilərini”, – videonu çəkən şəxs bildirib.

Oxu.az yazır ki, həmin ərazidə mövcud olan hasar toplanan yağış suyunun axınını məhdudlaşdıraraq küçəni bağladığı üçün sakinlər arasında narazılıq yaranıb. Bu səbəbdən sakinlərin qonşulardan birinə məxsus hasarı sökməyə cəhd etdiyinə görə aralarında mübahisə yaranıb. Tərəflər arasında baş verən mübahisə araşdırma predmetidir. Polis əməkdaşlarının müdaxiləsi ilə tərəflər intizama dəvət olunub və onlara müvafiq izahlar verilib.

Həmin kadrları təqdim edirik:

Paylaş: