kulek 2

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 17:00-a olan məlumatına əsasən Quba, Qusar, İsmayıllı, Şəki, Xaltan, Ağdam, Şahdağ, Sabirabadda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən verilən məlumata görə, şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 18-22 m/s-dək güclənib.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 22-24° isti, aran rayonlarında 26-29° isti, dağlıq rayonlarda 7-13° isti qeydə alınıb.

***

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 17-si saat 14:00-a olan məlumatına əsasən Yevlax, Mingəçevir, İsmayıllı, Şəkidə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən Globalinfo.az-a verilən xəbərə görə, külək Naftalanda 16 m/s, Bakıda 15 m/s-dək güclənib.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 23-25° isti, aran rayonlarında 25-29° isti, dağlıq rayonlarda 10–15 ° isti qeydə alınıb.

Paylaş: