Bakıda köhnə binalar sökülür, yenilərdə qiymət isə… – Video

Köhnə və qəzalı binalar söküldükcə mənzil bazarında qiymətlər də artır.

Globalinfo.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Xəzər Xəbər”ə deyib ki, bir müddət pilot layihə çərçivəsində binaların söküntüsü dayandığı üçün evlərin qiyməti stabil idi. Amma son vaxtlarda yenidən şəhərin mərkəzində istisimar müddəti keçmiş binaların sökülərək yerində yenisinin tikilməsi qiymətlərə ciddi şəkildə təsir edib.

Ekspert hesab edir ki, mənzil bazarında qiymət artımına əsas səbəb budur ki, köhnə tikli binalar sökülərkən tikinti şirkətləri mümkün qədəri ilə ev sahibinə mənzil yox, ödəniş edir. Bu da bazarda süni qiymət artımına gətirib çıxarır.

Rieltor Həşim Qədirov deyir ki, pilot layihə təkcə mənzil bazarında qiymət artımına səbəb olmayıb. Eyni zamanda kirayə evlərin də qiyməti artıb ki, bu da tələbdən irəli gəlir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: