Bakıda iş adamının 140 mini oğurlandı

Bakıda tikinti şirkətinin rəhbərinin maşını oğurlanıb.

Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, şirkət rəhbəri avtomobilin və içərisində olan 140 min manat məbləğində pulun oğurlanmasından şikayət edib.

Şikayətçi Tofiq Aslanov başına gələn hadisə barədə danışıb:

“İki gün öncə Yasamal rayonu, Zahid Xəlilov küçəsində maşınımı boş sahədə park etdim. Günorta saatlarında 90-NX-100 dövlət nömrə nişanlı “Mersedes-Benz S-Class” markalı avtomobilim içərisində 140 min manat pulla birlikdə oğurlanıb. İçərisində şəxsi əşyalarım da olub.