Bakıda ŞOK: müəlliməyə görüntülü zəng etdi, sonra isə…

Bakıda bir müəlliməni şantaj ediblər.

Globalinfo.az xəbər verir ki, bunu jurnalist İlkin Muradov bildirib.

O qeyd edib ki, bir nəfər müəllimənin nömrəsinə zəng edərək uşağını onun yanına hazırlığa gətirmək istədiyini söyləyib:

“Razılaşıblar, amma əvvəlcə onlayn şəkildə uşağın biliyini yoxlamaq təklif olunub. Bunu da müəlliməyə zəng edən şəxs təklif edib. Müəllimə görüntülü zəngə qoşulan kimi həmin şəxs göbəkdən aşağı lüt şəkildə zəngə qoşulub. Sonra həmin görüntünü qeydə alaraq müəlliməni şantaj etməyə başlayıb. Bunu daha əvvəl də eşitmişdim. Amma bu müəlliməni uzaqdan da olsa tanıdığımız üçün əmin oldum. Başqa zərərçəkmişlər də var, amma şikayət etməkdən qorxurlar, utanırlar. Müəllimənin şikayət edib-etməyəcəyini bilmirəm. Bunu yazmaqda məqsədim budur ki, tanımadığınız şəxslərlə görüntülü əlaqə saxlayanda (ən çox da onlayn nəsə alanda) ehtiyatlı olun. Ən azı kamera görünütüsünü çevirin”.