Bakıda iki sürücü piyadaların həyatını təhlükəyə atdı – VİDEO

Bakıda iki sürücü tıxacdan “xilas olmaq” üçün avtomobillərini səkinin üzərində hərəkət etdiriblər.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Video Binəqədi yolunda qeydə alınıb.

Belə ki, tıxac səbəbindən əvvəlcə 90-AU-070 dövlət nömrə nişanlı “Toyota RAV4” markalı, daha sonra isə 10-AZ-485 dövlət nömrə nişanlı “Lexus 570” markalı avtomobil səkinin üzərində hərəkət ediblər.

Sürücülərin bu məsuliyyətsizliyi piyadalar üçün təhlükəli anlara səbəb olub.

Həmin görüntüləri təqdim edirik: