Bakıda hindistanlı 846 min rupi oğurladı

Bakıda pul oğurlayan əcnəbi tutulub.

Globalinfo.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 17-də Səbail rayonu ərazisində əcnəbi vətəndaşın bank hesabından 846 000 rupinin (təxminən 17 min 681 manat) qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən həmyerlisi V.Bahagat müəyyən olunaraq Beynəlxalq Hava Limanı ərazisində saxlanılıb.

Araşdırma aparılır.