Bakıda evdən çürümüş meyit tapıldı

Bakıda evdən meyit tapılıb.

Globalinfo.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu 8-ci kilometr qəsəbəsində baş verib.

Buradakı mənzillərdən birində 73 yaşlı Davidenko Yuriy Vasilyeviçin meyiti aşkarlanıb.

Meyitə baxış zamanı çürüməyə başladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.