Bakıda əkiz bacısı ilə itkin düşən qız axtarılır

Bakıda iki yeniyetmə qız itkin düşüb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nizami rayonu Bəkir Çobanzadə küçəsində yaşayan 2007-ci il təvəllüdlü Səidə Musayeva və əkiz bacısı Suada (adlar şərtidir) dünən axşam saatlarında itkin düşüb.

Polisə müraciət edən qızların valideyni onların xarakterik əlamətlərini təqdim edib.

Müraciətlə bağlı axtarış tədbirləri həyata keçirilir.