Dönərdən zəhərlənən 20 məktəbli evə buraxıldı – YENİLƏNİB

Bakıda dönərdən zəhərlənən şagirdlərdən 20-si evə buraxılıb.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən məlumat verilib.

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub: “Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb. Hazırda 4 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”.

***11:30

Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

TƏBİB-dən Globalinfo.az-a bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Qeyd edilib ki, 8 uşaq (3-ü ailəsinin intizamnaməsi ilə) ambulator müalicə üçün evə buraxılıb:

“Hazırda 16 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”.

***09:13

Bakıda dönərdən zəhərlənən şagirdlərin sayı 24-ə çatıb.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub:

“Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 8 uşaq (3-ü ailəsinin intizamnaməsi ilə) ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 16 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir”.

Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.