Bakıda çimərlikdə peyda olan ilan vətəndaşları qorxutdu – VİDEO

Bakıda çimərlikdə su ilanı aşkar edilib.

Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayımlanıb.

Bildirilib ki, hadisə Zirə qəsəbəsində yerləşən çimərlikdə baş verib. Yerli sakinlər su ilanının zəhərli olmadığıni iddia etsələr də, sürünən çimərliyə istirahətə gələnlərin həyəcanına səbəb olub.