yol

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

– Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

– Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

– Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində;

– Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər;

– “20 Yanvar” dairəsində;

– Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

– Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

– Babək prospekti, mərkəz istiqamətində;

– Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində

– Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

– Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

– Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən “Dədə Qorqud” parkı istiqamətində;

– Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

– Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

– Mikayıl Müşfiq küçəsi, “Badamdar” dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;

– 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Paylaş: