Bakıda bu qurğu icazəsiz quraşdırılıbmış – RƏSMİ

“28 May” metrostansiyasının ətrafında yeni yaradılan pul tələsi ictimaiyyətdə müzakirələr səbəb olub.

Belə ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-100 AZN ödəniş olunacağı söz verilir.

Ümumiyyətlə, Bakının mərkəzi küçələrində, əsasən də metrostansiyalara yaxın ərazilərdə fərqli oyun qurğularına ras gəlmək mümkündür.

Həmin qurğuların quraşdırılması qanunidirmi?

Bakı Şəhər Ticarət və Xidmət Departamentindən Globalinfo.az-a bildirilib ki, səyyar ticarət fəaliyyəti üçün icazə yalnız müəyyən edilmiş yerlər üçün verilə bilər.

“28 May” metrostansiyasının ətrafında quraşdırılan qurğuya departament tərəfindən heç bir rəsmi icazə verilməyib”, – məlumatda deyilir.

Zaira Akifqızı
Globalinfo.az