avtobus 165

Paytaxtın Binəqədi qəsəbəsi Gənclər şəhərciyini “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar” metrostansiyaları və A.M.Şərifzadə küçəsi ilə əlaqələndirən 165 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

Globalinfo.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata görə, yanvarın 16-dan sərnişinlərin xidmətinə veriləcək 20 ədəd yeni “King Long” markalı ortatutumlu avtobus müasir, ekoloji cəhətdən təmiz “CNG” texnologiyası ilə təchiz olunub.

“Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır. İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların yenilənməsi mərhələli qaydada davam etdirilir”, – deyə məlumatda qeyd edilib.

2tpX2pjN9g1UWENka4zILT77AJPvUcA5TJ1fI9EZ:640 Cy2Xg6lqdNd09DGgcK7YG8Xzqv2wPk91Qo2dMc9e:640

Paylaş: