Sentyabrın 11-də Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın iştirakı ilə Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu işə başlayıb.
Globalinfo.az xəbər verir ki, forumda karbohidrogen və neft-kimya, enerji səmərəliliyi, elektrik enerjisi bazarı, bərpaolunan enerji, tənzimləmə, mədənçilik və digər istiqamətlər üzrə müzakirələrin aparılması və forumun protokolunun imzalanması nəzərdə tutulur.
Forumun sonunda mətbuat üçün brifinqin təşkil edilməsi planlaşdırılır.