Keçmiş Sovetskidə (hazırda Şamil Əzizbəyov küçəsi 22) tikilmiş XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid 3 mərtəbəli bina sökülmək təhlükəsi ilə üzləşib.
Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Məlumata görə, tikili “Art Nouvea” dövrünün binalarından biridir və 1901-ci ildə inşa olunub.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Mətbuat Xidmətindən Axar.az-ın ünvanladığı sorğuya cavab olaraq bildirilib ki, sözügedən ünvan dövlət mühafizəsinə götürülmüş daşınmaz tarixi və mədəniyyət abidələri siyahısında yoxdur:
“Tikintiyə icazə üçün bizə bu ünvandan müraciət daxil olmayıb”.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə də bununla bağlı müraciət ünvanlanıb.