Bakı xəstəxanalarından oğurluq: brilyant üzük, pullar…

Bakının Yasamal rayonunda yerləşən xəstəxana və poliklinkalarından oğurluq edən şəxsə hökm oxunub.

Globalinfo.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, 1976-cı il təvəllüdlü Elvin Həsənovun (ad-soyad şərti) Yasamal rayonu, H.B.ünvan 2 ünvanda yerləşən 19 saylı şəhər poliklinikasında, Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində, Yasamal rayonu, Xəlil Rza küçəsində yerləşən 1 nömrəli Şəhər Dəri Zöhrəvi Dispanserində həkimlər və xidməti işçilərin otaqlarına daxil olaraq əl çantalarını oğurlayıb.

Təqsirləndirilən şəxs oğurluğu xəstəxanalara pasiyent kimi daxil olmaqla törədib. O, 19 saylı şəhər poliklinikasında həkimin iş otağına daxil olaraq içərisində 400 manat nağd pul, 300 manat dəyərində 100 qramlıq “Şanel-5” markalı qadın ətri, 80 manat dəyərində “Şanel” dodaq boyası, 150 manat dəyərində “Burberry” markalı günəş eynəyi, 150 manat dəyrəində pul kisəsi olan 600 manatlıq əl çantasını oğurlayıb.

1 nömrəli Şəhər Dəri Zöhrəvi Dispanserində xanım həkimin xidməti otağına qapının açıq olmasından istifadə etməklə saxlanc yerinə daxil olaraq, sonuncuya məxsus masanın yanına qoyulmuş içərisində 1000 manat pul olan 100 manat dəyərində əl çantasını aparıb.

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində tibb işçisinə məxsus içərisində 300 ABŞ dolları, 105 avro, 15 manat pul, 1000 manat dəyərində brilliant qaşlı 750 əyarlı qızıl qadın üzük, 1 dəst 400 manat dəyərində 585 əyarlı qız qaşsız halqa formalı sırğ, 1 ədəd 200 manat dəyərində “Modern Musy” markalı ətir, 1 ədəd 110 manat dəyərində “Dolce Qabanna” markalı kosmetika dəsti olan 190 manat dəyərində əl çantasını oğurlayıb.

Məhkəmənin qərarı ilə Elvin HəsənovCinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.