WhatsApp Image 2025 09 17 at 11

RusiyaAzərbaycan münasibətlərindəki soyuqluq tədricən aradan qalxır, əlaqələr normallaşma mərhələsinə qədəm qoyur. Bu vəziyyət regionda əhəmiyyətli dönüş nöqtəsi kimi qiymətləndirilir. Lakin həm Qərbdə, həm də Rusiyada Bakının Moskva ilə yaxınlaşmasından narahat olan dairələr mövcuddur. Bu qüvvələr iki ölkə arasında münasibətlərin gərgin olaraq qalmasında maraqlıdır və prosesi manipulyasiya etməyə çalışırlar.

Həmin qüvvələr Qərbdəki müəyyən qruplarla birləşərək regionda yeni fəsadlar törətmək gücündədirlərmi?

Globalinfo.az-a danışan politoloq Mütəllim Rəhimli deyib ki, AzərbaycanRusiya arasındakı münasibətlər son illərdə ciddi dalğalanmalara məruz qalıb:

“Lakin son vaxtlar münasibətlər tədricən normallaşmağa başlayıb. Bu, praqmatik yanaşmanın üstün gəldiyini göstərir. Çünki Azərbaycanla Rusiya arasında qarşılıqlı logistik və iqtisadi maraqlar mövcuddur.

Qərbdəki bəzi dairələr Ermənistanla birlikdə Rusiya-Azərbaycana münasibətlərində yeni gərginlik yarada bilərlərmi? Bu sualın cavabı qismən “xeyr”dir. Çünki Rusiya hələ də Cənubi Qafqazda, xüsusilə Ermənistanda təsir imkanlarını qoruyur. Buna görə də müəyyən risklər mövcuddur”.

mutellim rehimov e1756124612397

Mütəllim Rəhimli

Ekspert xatırladıb ki, Qərb Azərbaycanı enerji təchizatçısı kimi dəstəkləsə də, müxtəlif formalarda Bakıya təzyiq göstərməyə cəhd edib:

“Ermənistanla sərhəddə baş verən insidentləri buna misal göstərmək olar.

Rusiya ilə münasibətlərin normallaşması Qərbdə rəsmi Bakını itirmək qorxusu yarada bilər. Bunun da yeni diplomatik və ya iqtisadi təzyiqlərə yol açması mümkündür. Xüsusilə ABŞ-ın Azərbaycanı Rusiya və İrana qarşı strateji tərəfdaş kimi görməsi bu ehtimalı artırır.

Münasibətlərdə gərgin qalmasını istəyən qüvvələr də var. Bunu Kremlin sözçüsü Dmitri Peskov da təsdiqləyir. Əslində, Azərbaycanın Rusiya ilə gərgin münasibətləri Qərbin maraqlarına uyğun gəlir. Çünki bu, Moskvanın Cənubi Qafqazdakı təsirini zəiflədir və Türkiyə–Avropa enerji koridorlarını gücləndirir.

Ən böyük təhlükə isə Ermənistanla sərhəddə baş verə bilər. Qərbin dəstəklədiyi erməni qüvvələri rus millətçiləri ilə birgə Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsini yubada bilər. Bu da regionda yeni gərginliklərə səbəb ola bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: