Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibəti ilə xalqa müraciətində deyib: “Ölkəmizdə yaşayan xalq suverendir, lakin bu fakt özü Konstitusiyamızla ziddiyyət təşkil edir”.
“Bu gün Konstitusiyamız Ermənistan vətəndaşına qonşu ölkələr, xalqlarla anlayış içində yaşamağa imkan vermir. Bizə yeni Konstitusiya lazımdır, hazırda əsas problem budur. Orada dövlət və vətəndaşlar arasındakı əlaqə konkret aydın qeyd edilməlidir”, – Paşinyan bildirib.
N. Paşinyan erməni xalqını konstitusiya dəyişikliyinə hazırlayır? İrəvan Bakının təklifini qəbul etdi?
Globalinfo.az -a danışan politoloq Tofiq Abbasov deyib ki, Ermənistanın iki əsas qanunverici sənədi var:
“Bunlar “Ermənistan konstitusiyası” və “Müstəqilliyi haqqında Bəyannamə”dir. Hər iki sənəddə Ermənistanın qonşu ölkələr olan Gürcüstan, Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları əks olunub. Bu baxımdan rəsmi Bakı həmin sənədlərin dəyişdirilməsini daha dəqiq desək müvafiq bəndlərin ləğvini tələb edir. Azərbaycanın sülh ilə bağlı əsas şərti məhz budur.
Azərbaycan Prezidenti İlham Əliyev son çıxışlarında bu məsələlərə xüsusi yer verir, Ermənistan konstitusiyasının dəyişdirilməsinin vacibliyini vurğulayır. İrəvan bu gün regionda sülhün olmasını istəyir və mehriban qonşuluqdan danışırsa, konstitusiyasında ətraf ölkələrə ərazi iddiasının əks olunduğu maddələri dəyişdirməlidir.

Tofiq Abbasov
Erməni cəmiyyəti bu gün bu məsələyə heç də isti baxmır. Çünki erməni xalqı illərdir zəhərli, çürümüş ideologiyanın təsirindədir və onları belə qısa müddətdə bu təsirdən çıxarmaq asan deyil. Yəni Paşinyan bunu etsə belə, xalq müqavimət göstərəcək.
sülh üçün Bakının şərti dəyişməzdir. Paşinyan sülh istəyirsə Türkiyə ilə münasibətləri bərpa etmək istəyirsə konstitusiyada dəyişikliyə getməlidir”.
Turan Rzayev
Globalinfo.az