Bakı-Pirşağı marşrutunda PROBLEM: Sərnişinlər başqa qatara mindirilir

Elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə Bakı-Pirşağı istiqamətində hərəkət edən qatarların qrafikində yubanma halları qeyd alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan dəmir Yolları QSC məlumat yayıb.

“Bu gün Bakı-Pirşağı istiqamətində saat 18:30-da, 18:45-də və 18:10-da yola düşən sərnişin qatarları Zabrat- Pirşağı mənzilində və Məmmədli platformasında elektrik təchizatı sahəsində yaranmış texniki nasazlığa görə hərəkət qrafikindən çıxıb. Hazırda sərnişinlərin əks istiqamətdə hərəkət edən qatara mindirilməsi və mənzilbaşına çatdırılması prosesi başlayıb. Eyni zamanda elektrik enerjisinin verilməsi istiqamətində təmir-bərpa işləri davam etdirilir”, – deyə qeyd olunub.