metro yeni

Bakı metrosunda xətlər üzrə intervallar, əsasən bərpa olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

***19:38

Bu gün saat 19:00 radələrində “Bakı Metropoliteni” QSC-nin “Ulduz” stansiyasında naməlum sərnişin qatar yoluna düşüb.

Bu barədə Globalinfo.az-a səhmdar cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Məlumata görə, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, stansiyaya təcili və təxirəsalınmaz təcili yardım xidmətinin əməkdaşları dəvət olunub.

Bundan sonra sərnişin qatar yolundan çıxarılıb və təmas relsinə yüksək gərginlik verilərək qatar yola salınıb.

Hadisəyə görə qatarların hərəkətində 24 dəqiqə yubanma olub. Hazırda metronun Yaşıl və Qırmızı xətlərində hərəkət intervallarının tənzimlənməsi, qrafik üzrə yubanmanın aradan qaldırılması işləri aparılır.

*** 19:18

Bakı metrosunun “Ulduz” stansiyasında sərnişin özünü qatarın altına atıb.

Globalinfo.az xəbər verir ki, hadisə ilə əlaqədar qatarların intervalı artıb və yubanma qeydə alınıb.

Sərnişinin vəziyyəti ilə bağlı hələlik dəqiq məlumat yoxdur.

Qeyd edək ki, bu gün “Bakı Metropoliteni” QSC-nin “28 may” stansiyasında 50-60 yaşlarında kişi sərnişin qatar yoluna düşərək həyatını itirib.

Paylaş: