1572252422 baku baki azerbaycan

Son zamanlarda Qərbin Azərbaycana qarşı qərəzli mövqeyinin daha da artdığı müşahidə olunur.

Fransa başqa olmaqla bir sıra Qərb ölkələri, həmçinin beynəlxalq təşkilatlar fərqli yollarla təxribatlara əl atırlar.

Bu addımların xüsusilə COP29 öncəsinə təsadüf etməsi isə diqqət çəkir.

Qərb Bakıya qarşı nəzarətində olan terror təşkilatlarını aktivləşdirə bilərmi?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, adətən Bakı beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi zamanda bir sıra ölkələrdəki güc mərkəzləri Azərbaycana qarşı təzyiqlərə başlayır:

“Bu, hər dəfə dəyişməz şəkildə təkrarlanır. Məsələn, 2015-ci ildə Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında baş verənlər bu gün də COP29-la bağlı eyni ssenari üzrə cərəyan edir. Əlbəttə, bu, Qərbin bütövlükdə bizə qarşı mövqeyinin eyni olduğu mənasına gəlmir. Bizim orada etibarlı tərəfdaşlarımız da var, amma təəssüf ki, Fransa kimi ölkələr təxribatla məşğuldurlar.

elxan sahinoglu 4

Elxan Şahinoğlu

COP29 çox mühüm bir tədbirdir. Sammitdə iştirak üçün 80 mindən çox şəxsin ölkəmizə gəlməsi gözlənilir. Şübhəsiz, bu, ölkənin imici baxımdan da vacibdir. Qərbdəki dairələr məsələnin fərqindədir. Ona görə təsir gücünü artıraraq ölkəmizə qarşı hücumları intensivləşdiriblər”.

Politoloq qeyd edib ki, Bakıya qarşı terror təşkilatlarının hərəkətə keçirilməsinə dair versiya o qədər də real görünmür:

“Azərbaycan təhlükəsizlik orqanları peşəkardır və bu kimi cəhdlərin qarşısını vaxtından öncə ala bilər. Həmçinin Qərb bizə qarşı terror təşkilatlarından istifadə edə bilməz. Çünki burada o terror təşkilatlarının bazası, resursları yoxdur. Ona görə də bu ehtimalı az hesab edirəm”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: