Gizli danışıqlarda Paşinyana iki seçim təklif edilib – Erməni politoloq

Ermənistan baş nazirini seçim qarşısında qoyublar: ya Vaşinqtonu, ya da Moskvanı seç! O, Vaşinqtona üstünlük verib.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.

“Bu o deməkdir ki, Gürcüstanda Mixail Saakaşvili dövründə edildiyi kimi  Rusiyanın təsirinin tam məhvi üçün əhəmiyyətli güc sərf ediləcək. Paşinyan “erməni Saakaşvili”yə çevrilir, amma bu transformasiyanın nəticəsi təkcə Qarabağ və Zəngəzuru yox, eləcə də Ermənistanı bütövlükdə itirmək olacaq. Gürcüstanın Rusiyaya müqavimət məsələsində dayağı Azərbaycan və Türkiyə idi. Ermənistana gəlincə isə Rusiya respublikaya verdiyi təhlükəsizlik çətirini götürəcək, nəticədə Ermənistan Bakı və Ankaranın hədəfi olacaq. Türkiyə sadəcə qoşunlarını Ermənistanla sərhədə gətirəcək və Azərbaycanın bütün şərtlərinin icrasını istəyəcək”, – deyə o bildirib.

İlkin Həsənov
Globalinfo.az