Bu rayonları itirə bilərdik, dəhşətli olacaq – Erməni politoloq

“Bəzi Rusiya rəsmiləri Nikol Paşinyanı ciddi şəkildə hədələməsəydilər, Sankt-Peterburqa getməzdi”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Qagik Hambaryan deyib.

Politoloq İrəvanın Moskvaya səbir göstərməyə məcbur olduğunu bildirib:

“Səfərdən öncə KTMT və Rusiya rəsmiləri İrəvana gəldilər, daha sonra baş nazir Sankt-Peterburqa getdi. Paşinyan deyir ki, Avrasiya İqtisadi İttifaqının (Aİİ) siyasi məsələləri gündəmə gətirmək hüququ yoxdur. Bu, doğru deyil. Aİİ və KTMT Rusiyanın yaratdığı iqtisadi və hərbi-siyasi təşkilatlardır. Paşinyan hazırda 102-ci bazanı Ermənistandan çıxarmağa çalışır. Doğrudur, Rusiya yaxşı tərəfdaş olmaya bilər, amma dəhşətli düşmən olacaq, ona görə də dözmək lazımdır.

Moskva və Tehran sülh sazişinin onların vasitəsilə imzalanmasını istəyirlər. Bu iki tərəf olmasaydı, Azərbaycan Ordusu Zəngəzur, Dərələyəz və Göyçənin bir hissəsini nəzarətə götürə bilərdi. İranın ermənipərəst mövqeyi bundan irəli gəlir. Ona görə də 3+3 formatını dəstəkləyirlər”.

Ayşən Mustafa
Globalinfo.az