Babayandan separatçılara mesaj: Bakı ilə danışmasaq…

“Bakı ilə danışıqlardan imtina xəyanətdir”.

Globalinfo.az xəbər verir ki, bunu Xankəndidəki separatçı rejimin “təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan Ermənistan mətbuatına müsahibəsində deyib.

“Mən qarşılıqlı etimad təklif edirəm. Qarşılıqlı etimad inteqrasiya deyil. Başqa sözlə, Xankəndi Bakı ilə birbaşa danışıqlara getməli və öz məsələlərini həll etməlidir. Əgər Bakı ilə danışıqların lazım olmadığını hesab edirsinizsə, o zaman siz Qarabağ və Ermənistanın əsas düşmənisiniz. Bakı ilə danışmadıqca iqtisadi, sosial və psixoloji böhran dərinləşəcək. Bu isə ciddi problemlərə gətirib çıxaracaq”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az