Xankəndidə təşviş siqnalı: “Qanlı toqquşmalar baş verə bilər”

“Qarabağ artıq xaosun bir addımlığındadır, istənilən an idarəolunmaz xaos başlaya bilər”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Xankəndidəki saxta “təhlükəsizlik şurasının keçmiş katibi” Arşavir Qaramyan deyib.

“Əziz sakinlər, ayılmaq və özünə gəlmək vaxtıdır. Lazımsız emosiyalara qapılmayın. Baş verə biləcək xaos müəyyən hadisə və sarsıntılara səbəb olacaq. Bu hadisələr sırasında müxtəlif qruplar arasında qanlı toqquşmaları da istisna etmək olmaz”, – o bildirib.

Əliyar Xəlil
Globalinfo.az