Azərbaycanda 15 yaşlı qızın dəvətnaməsi paylandı, sonra isə… – FOTO

Beyləqanda 15 yaşlı qız ailəsi tərəfindən məcburi ərə verilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat yayıb.

O bildirib ki, 15 yaşlı qız təhsildən yayındırılıb:

“Artıq qonşulara dəvətnamələr belə paylanıb. Verilən məlumata görə, azyaşlı dəfələrlə başqa şəxslərlə məcburi nişanlandırılıb, ancaq nişanı qaytarılıb. Bizə verilən məlumatda onu da bildirdilər ki, azyaşlının özünün evlilik barədə razılığı yoxdur, ancaq ailə tez bir zamanda sanki qızlarından qurtulmaq üçün can atır. Beyləqan rayonu birinci Şahsevən kəndi ərazisində baş verən bu hadisəni qınayırıq və azyaşlıya təhsilinə, gələcəyinə dəstək göstərməyə hazırıq. Daxili İşlər Nazirliyi, (DİN) xahiş edirik məsələni nəzarətə götürəsiniz. Lazım olan bütün məlumatları verməyə hazırıq”.

Zaira Akifqızı
Globalinfo.az