Türkiyə şirkətinə məxsus “Volqo-Balt 226” gəmisi Qara dənizdə dron hücumuna məruz qalıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Maritime Voice” məlumat yayıb.
Hücum nəticəsində heyət üzvü xəsarət almayıb. Portalın məlumatına görə, gəminin göyərtəsi və kabinələri zədələnib.
Gəminin heyəti arasında 10 Azərbaycan və 1 Gürcüstan vətəndaşı var.
Hücuma baxmayaraq, gəmi Türkiyənin Trabzon şəhərinə doğru hərəkət edib.
