64eca26e3eae764eca26e3eae8169322967864eca26e3eae564eca26e3eae6

Azərbaycanlı futbolçu Bəxtiyar Həsənalızadə Türkiyə klubu “Tuzlaspor”a qələbə qazandırıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, müdafiəçi I Liqanın V turunda “Adanaspor”la görüşdə fərqlənərək, buna nail olub.

90 dəqiqəni əvəzlənmədən keçirən Həsənalızadənin 70-ci dəqiqədə vurduğu qol “Tuzlaspor”a doğma arenasında 3 xal bəxş edib – 2:1.

Bununla mövsümdə ilk qələbəsini qazanan “Tuzlaspor” hesabındakı 3 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.

Paylaş: