
Əvəzedicilər Liqasında XXXVI turun “Sabah-2” – “Neftçi-2” matçında futbolçular arasında dava düşüb.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, 53-cü dəqiqədə qonaq komandanın legioneri Andrey Santos meydan sahiblərinin hücumçusu Ağadadaş Salyanskini topla yerə yıxıldığı vaxt ayağından vurub. Santos bu yolla topu Salyanskidən almaq istəyib.
Bunun qarşılığında “Neftçi-2″nin forvardı ayağa duraraq, “Sabah-2″nin oyunçusunun boğazından yapışıb. Tərəflər arasında insidentin böyüməsinə komanda yoldaşları imkan verməyib.