ukrayna ordusu 1

Ukraynanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə daha bir azərbaycanlı həlak olub.

Bu barədə Globalinfo.az-a Ukraynada yaşayan jurnalist Anar Natiq oğlu məlumat verib.

Onun sözlərinə görə, 29 may 1997-ci il təvəllüdlü Sənan Baba oğlu Mövsümov aprelin əvvəlində döyüş tapşırığını yerinə yetirən zaman qəhrəmancasına həlak olub:

“Sənanın 25 yaşlı qardaşı Roman da hazırda cəbhə xəttindədir. Valideynlərinin qərarı ilə Sənan doğulduğu Ağcabədi rayonu, Kəbirli kəndində torpağa tapşırılıb”.

WhatsApp Image 2025 04 19 at 12.13.14

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: