irade zeynalova

Əslən azərbaycanlı olan rusiyalı teleaparıcı İradə Zeynalova Rusiyanın Mavrikidəki səfiri ola bilər.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Brief” yazıb.

Nəşr bildirib ki, Zeynalova 2024-cü ildə Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirəcək.

Teleaparıcı NTV-də “Həftənin nəticələri” verilişinin müəllifi və aparıcısı (2016-cı ildən), NTV televiziya şirkətinin İnformasiya Direktorluğunun informasiya-əyləncə proqramları baş redaksiyasının bədii rəhbəridir.

Bundan əvvəl o, Birinci Kanalda “Vremya” verilişinin bazar buraxılışının aparıcısı və Birinci Kanalın Böyük Britaniya və İsraildəki müxbir bürolarının rəhbəri olub.

2021-ci ildə o, “təbliğat fəaliyyətinə” görə Ukraynanın sanksiya siyahısına daxil edilib.

Qeyd edək ki, paytaxtı Port Luiz olan Mavriki Afrikada yerləşən ada dövlətidir. Madaqaskar adasından 700 km şərqdə yerləşir.

Paylaş: