Türkiyədə güclü zəlzələ oldu – Bina dağıldı, yaralıların sayı artıb / VİDEO

Türkiyənin baş verən zəlzələ nəticəsində 23 nəfər xəsarət alıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

O qeyd edib ki, Malatyada 22, Adıyamanda isə 1 nəfər hündürlükdən tullanaraq xəsarət alıb.

O əlavə edib ki, əraziyə 20-dən çox təcili tibbi yardım maşını göndərilib, xəstəxanaya yerləşdirilənlərin müalicəsi davam etdirilir.

***

Türkiyənin Malatya vilayətində 5,3 maqnitudalı baş verən zəlzələ nəticəsində bir tərk edilmiş bina dağılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Malatya valisi Hulusi Şahin bildirib.

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, 2 ağır zədələnmiş bina yana əyilib, qorxu, panika və hündürlükdən tullanma nəticəsində 22 vətəndaş yüngül xəsarət alıb.

***

Türkiyənin Antalya şəhərinin Qazipaşa rayonunda, Diyarbəkir şəhərinin Hani rayonunda və Malatya vilayətinin Yaşılyurd rayonunda zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, Qazipaşa rayonunda ocağı 12.44 kilometr olan zəlzələ 4.5 bal gücündə olub.

Hani rayonunda isə zəlzələ 4.2 bal gücündə baş verib. Təkanların ocağının yerin 16.81 kilometr dərinliyində yerləşdiyi bildirilir.

Malatya vilayətinin Yaşılyurd rayonunda da 5,3 bal gücündə zəlzələ olub.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.