Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirildi

67aa16da7177867aa16da71779173920021867aa16da7177667aa16da71777

Azərbaycanla Türkiyə arasında siyasi məsləhətləşmələr keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycanın Ankaradakı səfirliyi məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Xarici İşlər Nazirliyinin regional təhlükəsizlik üzrə baş direktoru Azər Musayev və Türkiyə Xarici İşlər Nazirliyinin Şərqi Avropa və Qafqaz üzrə baş direktoru Mehmet Samsarın sədrliyi ilə nümayəndə heyətləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Görüşdə ikitərəfli siyasi əlaqələr və beynəlxalq təşkilatlarda əməkdaşlıq müzakirə edilib.