Azərbaycanla əməkdaşlığa xitam vermək ABŞ-nin maraqlarına zidd olardı.
“Biz heç vaxt deməmişik ki, Azərbaycanla əməkdaşlığı davam etdirmək fikrində deyilik. Bu, bizim maraqlarımıza, eləcə də regionda sülh və təhlükəsizlik maraqlarına ziddir”, – deyə o bildirib.
Miller qeyd edib ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla birbaşa əlaqələri davam etdirir və onları davamlı sülhü təmin etməyə çağırır.
“Bu əlaqələr, diplomatik səylərimiz diqqət mərkəzində olmaqda davam edəcək”, – deyə o bildirib.
Qeyd edək ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayen dekabrın 6-8-də Azərbaycanda səfərdə olacaq.
O, ikitərəfli münasibətləri gücləndirmək və Azərbaycan və Ermənistan arasında sülhü dəstəkləmək üçün Bakıda Azərbaycan rəsmiləri ilə görüşəcək./Trend/