Azərbaycanda toyda qan töküldü: Saxlanılan var

Şəmkir rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, Şəmkir rayonunda keçirilən toy mərasimlərinin birində mübahisə qanla bitib.

Belə ki, qonaqlardan birinə bıçaqla xəsarət yetirilib. Yaralı xəstəxanaya çatdırılıb.

Onun 1968-ci il təvəllüdlü M.Zeynalov olduğu müəyyənləşib.

Yaralının vəziyyəti kafi qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Səməd Vurğun kənd sakini, 1968-ci il təvəllüdlü Mustafa Zeynalovun kəsici deşici alətlə çiyin nahiyəsindən daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.

Araşdırmalarla M. Zeynalova toy mərasimində həmkəndlisi 2005-ci il təvəllüdlü Qafar Abbasovun xəsarət yetirməsi məlum olub. Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.