Makronun “erməni kartı” – Markedonov Fransa liderinin əsl məqsədini açıqladı

 

markedonov 1

“Makron üçün “erməni kartı” seçiciləri cəlb etmək baxımından çox əlverişlidir”.

Globalinfo.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov deyib.

O bildirib ki, Fransa və Ermənistan arasında hərbi-siyasi əməkdaşlıq indi yüksəliş dövrünü yaşayır.

“Tezliklə Ermənistan ordusu yeni partnyordan zirehli transportyorların ilk partiyasını alacaq.  Gözlənildiyi kimi, bu xəbər Bakıda birmənalı qarşılanmayıb. Fransanın bu addımı Qafqazda yeni hərbi eskalasiya təhlükəsi riski yaradır.  Təbii ki, hərbi-texniki əməkdaşlıq uzun prosesdir. Amma indi növbədənkənar parlament seçkiləri kontekstində “erməni kartı” qərarsız seçiciləri cəlb etmək üçün prezident Emmanuel Makron üçün çox əlverişlidir. Paris tərəfindən İrəvana yardım göstərilməsi Ermənistana taktiki üstünlük qazandıra bilər. Lakin bunun, İrəvanla Moskva arasında ziddiyyətləri daha da artırması mümkündür. Əslində, bu münasibətlər artıq gərginliyə çevrilib. Əksinə Qərbin naməlum xətti Rusiya ilə Azərbaycanın mövqelərini bir-birinə yaxınlaşdırır”, – deyə Markedonov vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az