
“Basqının əsas səbəbi “artsax”dan qalan nə varsa, hamısını aradan qaldırmaqdır”.
Globalinfo.az xəbər verir ki, bunu keçmiş qondarma rejimin “rəhbəri” Samvel Şahramanyan ötən gün separatçıların İrəvandakı ofisinə maskalı şəxslərin basqını ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
S.Şahramanyan basqından bir neçə gün ona verilən maşının müsadirəsi üçün bəzi şəxslərin ofisə gəldiyini bildirib:
“İyunun 7-də ofisə maşını müsadirə etmək üçün gəldilər, lakin bunun qanunsuz olduğunu dedim. Anladılar ki, rəsmi müsadirə üçün müvafiq məhkəmə qərarı olmalıdır. Sonra getdilər. Mən Mərkəzi Komitənin rəhbəri ilə əlaqə saxladım. O dedi ki, həmin şəxslər bu addımı özbaşına atıblar, belə bir şeyə təkrar yol verilmyəcək. Mən də dedim ki, lazım olarsa, maşını istənilən yerə göndərməyə hazıram. Lakin bu gün məni Mərkəzi Komitəyə dəvət etdilər. Orada olduğum müddətdə basqın həyata keçirilib və maşın müsadirə olunub. Giriş qapılarının sındırılması, maşının zorla aparılması İrəvan hökumətinin “artsax”a münasibətini açıq göstərir. Onlar hər şeyi tamamilə bitirmək istəyirlər”.
Ayşən Mustafa
Globalinfo.az