Azərbaycanda “TikTok” bağlanacaq?

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkədə “TikTok” sosial şəbəkəsinin mümkün qadağası ilə bağlı qanun layihəsini dəstəkləyib.

Globalinfo.az bildirir ki, Azərbaycanda da “TikTok” platformasının fəaliyyətindən narazılıqlar var.

ABŞ-da sözügedən platformanın istifadəsinə qoyulan qadağa müzakirələrə səbəb olub.

Bəs Azərbaycanda “TikTok” platformasının fəaliyyəti dayandırıla bilərmi?

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə əlaqə saxladıq.

ETX-dən Oxu.az-a bildirilib ki, hazırda qeyd olunan məsələ ilə bağlı dövlət səviyyəsində müzakirə aparılmır.

Qeyd edək ki, ABŞ-də sözügedən təşəbbüsün məqsədi platformanın Çin tərəfindən idarə olunan istənilən qurum, o cümlədən hazırda “TikTok”a sahib olan “ByteDance” şirkəti ilə əlaqələrini kəsməkdir.