Nişan mərasimində 17 nəfər zəhərləndi, araşdırma başladı

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə AQTA-dan bildirilib.

“Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”, – qeyd edilib.

*** 13:53

Lənkəranın Bəliton kəndində nişan mərasimində kütləvi zəhərlənmə olub.

Globalinfo.az xəbər verir ki, mərasimə gələn qonaqlar qida qəbulundan sonra özlərini pis hiss ediblər. 17 nəfər ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına aparılıb. Onlardan 7 nəfərinə ilkin zəruri tibbi yardımlar göstərilərək bir neçə saat sonra evə buraxılıblar.

Hazırda 10 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri normaldır.

Lənkəranda qidadan zəhərlənənlərin kimlikləri məlum olub.

“Report”un Cənub bürosu onların adlarını təqdim edir:

Cəfərov Yusif Elşən oğlu – 2019-cu il
Hüseynov Həmzə Əhməd oğlu – 2018-ci il
Süleymanova Aysel Zaur – 2016-cı il
Cəfərova Dəniz Elşən qızı – 2015-ci il
Cəfərov Rəşad Elşən oğlu – 2014-cü il
Ağayeva Bahar İsmət qızı – 2014-cü il
Sülüymanov Zaman Zaur oğlu – 2014-cü il
Ağayev Murad İsmət oğlu – 2013-cü il
Ağazadə Şəfa Arzuman qızı – 2001-ci il
Hüseynova Zeynəb Əhməd qızı – 2010-cü il
Cəfərova Jalə Rizvan qızı – 1995-ci il
Ağayeva Güldanə İslam qızı – 1995-ci il
Süleymanova Aygün Vəliağa qızı – 1989-cu il
Ağayeva Günel Vəliağa qızı – 1988-cu il
Ağayeva Əzizə Xudaverdi qızı – 1985-ci il
Ağayev Arzuman Vəliağa oğlu – 1976-cı il
Ağayeva Firuzə Canəli qızı – 1954-cü il.

Xəstəxananın şöbənin müdiri Elgiz Baxşıyevin bildirdiyinə görə hazırda xəstəxanada 5-i uşaq, 4-ü qadın və 1 nəfər kişi olmaqla 10 nəfərin müalicəsi davam etdirilir. Zəhərlənmənin hansı səbəbdən olduğunun müəyyənləşməsi üçün xəstələrdən qida qalıqlarının nümunəsi götürülərək laboratoriyaya təqdim olunub.