Azərbaycanda ağır qəza: ölənlərin 3-ü məktəblidir – YENİLƏNDİ (2)

Bu gün Siyəzən rayonunda yük maşını ilə minik maşınının toqquşması nəticəsində dünyasını dəyişən 3 nəfərin orta məktəb şagirdləri olduğu məlum olub.

Gloablinfo.az APA-ya istinadən xəbər verir ki, Siyəzən şəhər M.Müşfiq adına 2 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdləri 2006-cı il təvəllüdlü Abasov Rəvan Malik oğlu, Abasov Nihat Babək oğlu və 10-cu sinif şagirdi 2007 ci il təvəllüdlü Məmmədli Aqşin Vüqar oğlu dünyasını dəyişib.

Qeyd edək ki, Şabran rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu idarə etdiyi “Audi” markalı, 99-DN-744 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində hərəkətdə olarkən idarəetməni itirərək yolun hərəkət hissəsindən kənarda dayanan “Mercedes” markalı, 99-BB-340 dövlət qeydiyyat nişanlı yük avtomobilinə çırpıb.

***

Siyəzən rayonunda baş verən qəzada ölənlərin sayı 4-ə çatıb.

Rayon sakini, “Audi” markalı minik avtomobilinin sürücüsü, 1992-ci il təvəllüdlü Nicat Kamran oğlu Məmmədov Siyəzən Regional Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

***16:12

Siyəzən rayonunda ağır yol qəzası olub, 3 nəfər ölüb, 2-si yaralanıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə nəticəsində 2006-cı il təvəllüdlü Abbasov Nihad Babək oğlu və digər iki nəfər şəxs dünyasını dəyişib, 1992-ci il təvəllüdlü Məmmədov Nicat Kamran oğlu və 2006-ci il təvəllüdlü Abbasov Rəvan Malik oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

N.Abbasovun və digər iki şəxsin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib. Onların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.